Lənkəranda 39 yaşlı kişinin intiharının təfərrüatları məlum olub.
Rayonun Mamusta kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Anar Qulamov bu gecə intihar edib:
“Hadisə bu gecə baş verib. Anarın səhhətində heç bir problem olmayıb. Sağlam adam idi. Uzun müddət həbsdə olub. 6 aydır ki, həbsxanadan gayıtmışdı. Gələn kimi də orda-burda işləyirdi. Anar atasıgildə öz ailəsi ilə birlikdə yaşayırdı. Evlərinin içində olan problemdən xəbərsizik. Görünür ailədaxili problemlər olub.”
Lənkəranda intihar hadisəsi baş verib. Rayonun Mamusta kəndində 1978-ci il təvəllüdlü Anar Etibar Oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
* * *
Rayonun Mamusta kəndində 1978-ci il təvəllüdlü Anar Etibar Oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Hələlik intiharın səbəbləri məlum deyil.
Fakt araşdırılır. ( apa )
İnterpress.az