İnterpress.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
\”İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində \”müharibə naziri\” Gülmurod Halimov öldürülüb. Hava zərbələri zamanı beynəlxalq terror qruplaşmasının \”müharibə naziri\” müşavirədə olub. O, aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub\”, – deyə Rusiya MN-in məlumatında bildirilir.
Qeyd edək ki, G. Halimov Tacikistan \”OMON\”-un sabiq komandiri, polkovnik olub. O, İŞİD-də qoşulduqdan sonra \”əl-Taciki\” adı ilə tanınıb.
Rusiyanın aviazərbələri nəticəsində \”Deyr-əz-Zorun əmiri\” Əbu Məhəmməd Əş-Şimali də öldürülüb. Avropanın bəzi xüsusi xidmət orqanları onu 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının əsas təşkilatçısı sayır. (apa)
İnterpress.az