İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda ilk dəfə bir qadın nazirin tam zamanlı olaraq müdafiə nazirliyinə təyin olunduğu bildirilib.
Nirmala Sitharaman, ölkənin müstəqil olaraq bu vəzifəni aparmaq üçün seçilən ilk qadın müdafiə naziri oldu.
Sitharaman, həmçinin İndria Gandidən sonra müdafiə nazirliyi vəzifəsini yerinə yetirən iki qadın siyasətçi adını əldə edib. Gan, 1980-1982-ci illərdə baş nazirin yanaşı, bu vəzifəni aparmışdı.
Sitharaman vəzifə sahib olduqdan sonra verdiyi ilk açıqlamada, nazir olaraq prioritetlərinin, ordunun hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, müdafiə sənayesində yerli istehsalın artırılması və ordu mənsubları ailələrinin rifahının təmin olunması olacağını bildirib.
Müxalifətdə partiyasının milli xidməti vəzifəsini icra edən Sitharaman, Hindistan parlamentinin üst qanadı olan Əyalətlər Şurasında senator olaraq Karnataka ştatını təmsil edir.
İnterpress.az