İnterpress.az Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.
Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir.
İnterpress.az