Qız Dostuna Körpüdə Evlənmə Təklifi Edən Yapon, Körpüdən Düşərək Öldü – VİDEObackend

Qız Dostuna Körpüdə Evlənmə Təklifi Edən Yapon, Körpüdən Düşərək Öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada sevgilisinə evlənmə təklifi edən adam, bəli cavabını aldıqdan dərhal sonra sevinərkən 30 metrlik körpüdən düşərək öldü.

32 yaşlı adı açıqlanmayan səxs, Yaponiyanın Okinawa şəhərindəki İrabu Körpüsünə apardığı sevgilisini maşından endirərək, sürpriz bir evlənmə təklifi etdi. Sevgilisinin bəli deməsinin ardından çox sevinən adam, 120 santimetr hündürlüyündə hasarın o biri tərəfinə doğru tullandı. Ancaq istiqamətini tuta bilmədi və 30 metr hündürlükdən düşdü.
Qadın polisi çağırdı, 7 saatlıq axtarış-xilasetmə işinin nəticəsində, sevgilisinin meyiti tapıldı.
Polis, səxsin hadisədən əvvəl içki içdiyini təxmin etdiklərini bildirib.
Nippon TV, hadisəylə bağlı animasiya filmi canlandırdı.

İnterpress.azhttps://youtube.com/watch?v=ynXdozP4J3E