İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç dövlət televiziyasının xəbərinə görə, Nobel Sülh Mükafatı Komitəsinin Sözçüsü Olav Njolstad, Myanmada baş verən zorakılıq və qətl hadisələrinin ardından Suu Çiiye verilən Nobel Sülh Mükafatının geri alınması istiqamətindəki reaksiyalar üzərinə, \”Nobel Fondunun nizamnaməsinə görə, Suu Çiiye verilən Nobel Sülh Mükafatını ləğv etmək mümkün deyil\”- dedi.
Xəbərdə, Suu Çiinin mükafatının geri alınması üçün başlanılan imza kampaniyasına 300 mindən artıq adamın iştirak etdiyi bildirilərək, Njolstadın bu ifadəsinə yer verilib:
\”Nobel Komitəsi, mükafatlandıracağı insanların o vaxta qədərki fəaliyyətini qiymətləndirərək təqdirdə yerləşir. Keçmişdə mükafat qazananların sonrakı fəaliyyətləri ilə bağlı şərh verilmir\”.
İnterpress.az