İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Misirin devrilmiş lideri Hüsni Mübarək, 6 illik həbs cəzasının ardından ilk dəfə tətilə çıxdı.
2011- də Misirdə keçirilən geniş miqyaslı küçə etirazları nəticəsində devrilən Mübarəkin tətildə oğlu və nəvəsiylə çəkilən şəkli gündəmə gəlib.
Xatırladaq ki, Mübarək hakimiyyəti itirməsinin ardından çıxardıldığı məhkəmədə həbs olunmuş, lakin bir müddət öncə 2011-dəki iğtişaşlarda öldürülən etirazçıların ölümünə görə günahlandırdığı məhkəmədən bəraət qazanmışdı.
30 illik iqtidarının ardından həbsxanaya girən Mübarək, 2012-ci ildə sağlamlıq problemləri səbəbiylə xəstəxanaya qaldırılmış, o tarixdən azad edildiyi tarixə qədər də xəstəxanada qalmışdı.
Misirin devrilmiş lideri azad edildikdən sonra Qahirədə yaşamağa başlamışdı.
İnterpress.az