Myanma: Rohinca müsəlmanları atəşkəs elan edibbackend

Myanma: Rohinca müsəlmanları atəşkəs elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) atəşkəsin bazar günü başlayacağını bildirib. Onlar Myanma ordusunu da silahı yerə qoymağa səsləyiblər.
Arsanın 25 avqustda polisə hücumu, ordunun müdaxiləsinə səbəb olmuşdu.
Rakxayn bölgəsini təxminən 290 min rohincalının tərk etdiyi bildirilir. Onlar Banqladeşlə sərhəddə məskunlaşıblar.
BMT-nin bildirdiyinə görə Myanmanı tərk etmiş rohincalara yardım etmək üçün xeyriyyə təşkilatlarına təcili 77 milyon dollar lazımdır.
Ərzağa və tibbi yardıma böyük ehtiyac var, BMT bildirir.
Əhalisinin əksəriyyəti buddistlərdən ibarət Myanmadakı müsəlman azlıq olan rohincaların bildirdiyinə görə ordu və Rakxayn buddistləri onlara qarşı amansız kampaniya həyata keçirir, kəndlərini yandırırlar.
Myanma bu iddiaları təkzib edir və bildirir ki, ordu Rohinca \”terrorçularına\” qarşı döyüşür. (bbc)

İnterpress.az