“Lapşin məsələsi xaricilər üçün ciddi xəbərdarlıqdır”backend

“Lapşin məsələsi xaricilər üçün ciddi xəbərdarlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması haqqında sərəncamını şərh edərkən deyib. O, bildirib ki, Azərbaycanın ərazisinə viza almadan qanunsuz daxil olmaq yolverilməzdir:

“Birincisi, işğal altında olan ərazimizə gələn hər bir xarici ölkə vətəndaşı bilməlidir ki, onun Azərbaycan məhkəməsi qarşısında cavab vermək məsuliyyəti gözləyir. Lapşin məsələsi xaricilər üçün ciddi xəbərdarlıqdır. İkincisi, Azərbaycan hüquqi dövlət olduğunu və bütün məsələlərin hüquqi müstəvidə həll olunduğunu göstərir. Üçüncüsü isə Azərbaycan dövlətinin humanist olduğunu, hətta ən ağır cinayət törətmiş şəxslərə belə azad həyatına yaşamaq üçün şərait yaratdığını göstərir. Lapşin də bu silsilədən olan şəxslərdən biridir. Prezidentin sərəncamı ilə minlərlə insan əfv fərmanına və amnistiyaya düşür. Hesab edirəm ki, dünya bir daha Azərbaycanda cəza sisteminin tərbiyə sistemi ilə bərqərar olduğunu gördü”.

Aydın Mirzəzadənin fikrincə Lapşinin əfv olunmasında Azərbaycanın tutduğu yolun birmənalı şəkildə dövlətçilik, sivillik və humanistlik olduğu hər kəsə bəlli oldu:

“Prezident sərəncamı ilə bu məsələdə bir daha Azərbaycanın, şəxsən özünün mövqeyini ortaya qoydu”.

İnterpress.az