İtaliyada şiddətli yağışlar 6 can aldı!backend

İtaliyada şiddətli yağışlar 6 can aldı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın şimal və orta hissəsində təsirini göstərən şiddətli yağışlar səbəbindən 6 nəfər həyatını itirdi.

Ölkənin şimal-qərbindəki Ligurya və Toskana bölgələrində, dünən axşamdan bəri təsirini davam etdirən mənfi hava şərtləri can itkilərinə yol açdı.

Yağışlardan ən çox təsirlənən yaşayış yerlərindən Livorno şəhərində, 1i uşaq 6 adamın həyatını itirdiyi bildirildi.

Həlak olanlardan 4-ün bir zirzəmidə qalaraq can verdiyi ifadə edilərkən, yenə Livorno yaxınlığında 2 nəfərin də itkin olduğu ifadə edilib.

Şiddətli yağışların, Livorno yaxın ərazi quruluşunun əyri-üyrü olması səbəbi ilə çox sayda sürüşmə və torpaq sürüşməsinə səbəb olduğu vurğulanıb.

Livorno Bələdiyyə Sədri Filippo Nogarin da Twitterdaki hesabından şəhərdəki fövqəladə vəziyyətin davam etdiyini yazdı.

Bu arada, yanğınsöndürmə briqadaları də Florensiya, Murdara və Livorno şəhərləri arasında nəqliyyatı təmin edən avtomobil magistralı daşqın riskinə qarşı nəqliyyata bağladı.

Şiddətli yağışlar, paytaxt Romada da təsirini göstərərkən, şəhər nəqliyyatında və xüsusilə də metroda çatışmazlıqlara yol açdı. Yağışlar səbəbindən metropolitenin A kəmərinin 6 stansiyanın nəqliyyata bağlandığı bildirilib. Roma Bələdiyyəsi də vətəndaşlara zəruri olmadıqca bayıra çıxmamalarını tövsiyə edib.

İnterpress.az