Barzanidən Bağdada xəbərdarlıq: İraq kürdləri “sərhəd cızmağa hazırdır”backend

Barzanidən Bağdada xəbərdarlıq: İraq kürdləri “sərhəd cızmağa hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdüstanın müstəqilliyinə dair referendum bu ayın sonunda keçirilməlidir.
Məsud Barzani BBC-ə deyib ki, əgər kürdlər İraqdan ayrılmaq barədə qərar qəbul etsələr, o, mərkəzi hökümətlə sövdələşmə yolu ilə bu məsələni həll etmək istəyərdi.
İraqın Baş naziri referendumu qeyri-konstitusiya hərəkəti kimi rədd edib.
Barzani eləcədə xəbərdarlıq edib ki, kürdlər Kərkükdə \”reallığı\” dəyişmək istəyən istənilən qrupla döyüşməyə hazırdırlar.
\”Referendumdan sonra Bağdadla danışıqlar başlayacaq – sərhəd, su və neftə dair razılıq əldə etmək üçün, – Barzani BBC-ə bildirib. – Biz bu addımları attacağıq, lakin onlar bunu qəbul etməsə, vəziyyət tamam başqa olacaq\”.
Neftlə zəngin olan Kərkük şəhərinə hazırda Kürd peşmergə qüvvələri nəzarət edir.
Bu şəhərdə böyük ərəb və türkman icmaları yaşayırlar.
Şiə silahlıları Kərkükün müstəqil Kürdüstanın bir hissəsinə çevrilməsinə imkan verməyəcəklərini bildiriblər.
Kürdlər Yaxın Şərqdə sayca dördüncü ən böyük etnik qrup sayılır, lakin onların dövləti heç zaman olmayıb.
Onlar 37 milyonluq İraqda əhalinin 15-20 faizini təşkil edirlər.
Onilliklər ərzində onlar ərəblərin üstünlük etdiyi hökümətlər tərəfindən təqiblərə məruz qalıb.
1991-ci ilin Körfəz müharibəsindən sonra onlara muxtariyyət verilib.

İnterpress.az