İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Myanmanın Magway şəhərindəki Pakokku bölgəsində yerləşən Thiri Yadana Pyilone Chantha Pagoda adlı Buddist məbədi sular altında qaldı. Həddindən artıq yağışların təsiri ilə suların qalxmasının ardından məbəd yavaş-yavaş sulara qərq oldu.
Qeyd edək ki, Myanmanın Arakan bölgəsində ordu və Buddist milislərin Rohingyalı Müsəlmanlara qarşı həyata keçirdiyi qətliam nəticəsində 3 min insan həyatını itirdi, 300 mindən artıq adam Banqladeşə sığındı.
İnterpress.az