Atatürk Hava Limanından Beyruta uçan təyyarə havaya qalxdıqdan sonra eyni vaxtda enişə hazırlaşan polis helikopteri ilə üz-üzə gəlib.
Limandan havaya qalxan Airbus 330 tipli Türk Hava Yollarına məxsus təyyarənin pilotları kokpit şüşəsindən gördükləri mənzərə qarşısında şoka düşüblər. Onlar soyuqqanlı davranaraq çətin vəziyyətdən manevr edərək qurtula biliblər. Sonradan məlum olub ki, eniş edən polis helikopteri qaydalar çərçivəsində enişə icazə almayıb. Və bu səbəbdən burun-buruna gələn 2 hava nəqliyyatı arasında məsafə 100 metr olub.
Qeyd edək ki.belə hallarda hava limanlarında fəaliyyət göstərən xüsusi xəbərdaredici sistem işə düşərək pilotları xəbərdar etməlidir. Şanssızlıqdan məhz bu təhlükəli uçuş vaxtı hava limanının bu sistemi işləməyib.
İnterpress.az