Myanmarlı komandir: “Bu iddiaları ortaya atan qadınlara bir baxın. Kim onlara təcavüz etmək istəyər”?backend

Myanmarlı komandir: “Bu iddiaları ortaya atan qadınlara bir baxın. Kim onlara təcavüz etmək istəyər”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Arakan əyalətində yaşayan Müsəlmanlara qarşı zorakılıq hərəkətləri ilə gündəmə gələn Myanma ordusunda xidmət edən Polkovnik Phone Tint, əsgərlər tərəfindən Müsəlman qadınlara təcavüz edildiyi yönündəki iddialara qalmaqal bir cavab verib.

Ölkənin şimalındakı sərhəd bölgələrinin təhlükəsizliyindən məsul nazir kimi xidmət edən Polkovnik Tint, təcavüz iddialarının sorulması üzərinə BBC-yə verdiyi açıqlamada, \”Sübut harada? Bu iddiaları ortaya atan qadınlara bir baxın. Kim onlara təcavüz etmək istəyər\”? İfadələrini istifadə edib.

İnsan Haqları İzləmə Təşkilatı, (HRW) bu il daha öncə yaydığı hesabatda Arakanlı qadın və qız uşaqlarının əsgərlər tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Hesabatda, Myanmarlı əsgər və polislərin qadın və qız uşaqlarına qarşı zorakılıq, kütləvi təcavüz və cinsi təcavüz kimi cinayətləri törətdikləri irəli sürülmüşdü. Myanma hökuməti isə iddiaları rədd etmişdi.

İnterpress.az