İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bölgədə yaşayanların tapdığı meymunların ilk əvvəl zəhərləndiyi düşünülsə də baytarlar \”ürək böhranı\” şərhi verdi.
Uttar Pradesh əyalətində baş verən hadisədə baytar Sanjeev Qumar, \”Edilən meyitin yarılması nəticəsində meymunların ürək böhranı nəticəsində öldüyü dəqiqləşib. Meymunların pələng nərəsi nəticəsində öldükləri müəyyən edilib, çünki region eyni zamanda pələnglərin keçid nöqtələrindən\” dedi. Daily Maildə yer alan xəbərə görə, bölgədə yaşayanlar, meymunların öldüyü zamanlarda meşədən pələng nərəsi duyduqlarını bildirib.
Digər tərəfdən, Times of Indiaya danışan digər baytar Brijendra Singh, \”Meymunlar vəhşi heyvanlardır və bu şəkildə ölmürlər. Bütün bu meymunlar acı verici bir infeksiya nəticəsində ölmüş ola bilərlər sözləriylə ürək böhranı diaqnozunun yerində olmadığını ifadə etdi.
İnterpress.az