Avropa Parlamentindən pulsuz internetə – Təsdiq!backend

Avropa Parlamentindən pulsuz internetə – Təsdiq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamenti, (AP) halqa açıq sahələrdə reklamsız və şəxsi məlumatların təminat altına alındığı pulsuz internet layihəsini qəbul edib.

Strasburq şəhəridə toplanan AP Baş Assambleyası, Portuqaliyalı Sosial Demokrat üzvü Karlos Zorrinhonun \”Wifi4eu\” kimi tanınan üzv ölkələrdə dövlətə açıq sahələrdə pulsuz və təhlükəsiz internet bağlantısını nəzərdə tutan layihə səsləyərək qəbul edib.

Məruzəçi Zorrinho, \”Wifi4eu layihəsi tezliklə bütün Avropada reallığa çevriləcək güclü bir siyasi hədəfdi\” deyərək AB içərisində gəliri və sosial statusuna asılı olmayaraq bütün vətəndaşların bərabər keyfiyyətdə internet çıxışına malik olacağını qeyd edib.
Qəbul edilən layihəyə görə, ilk fazada AB içindəki 6 mindən çox nöqtədə xəstəxanalar, kitabxanalar, rəsmi qurumlar və mübadilə mərkəzləri başda olmaq üzrə xalqa açıq sahələrdə pulsuz internet bağlantısı təmin olunacaq.

Aİ, quruculuq xərcləri daha sonra qarşılayacaq.

İnternet əlaqəsini yerli dil və başqa Aİ rəsmi dilində bəxş edən bələdiyyələr layihə dəstəyi qəbulunda üstünlük səbəbi olacaq.

İnterpress.az