İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Maduro bu barədə nazirllərlə keçirdiyi görüş zamanı bildirib. Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.
“Bildirmək istərdim ki, bu dialoqun təşəbbüskarı özüm olmuşam və mən dialoqun keçirilməsinə dair yəni təklif irəli sürürəm”, – deyə Maduro bəyan edib.
N.Maduronun sözlərinə görə, müxalifətlə görüşdə onu hökumətdən nümayəndə heyətinə rəhbərlik edəcək Rodriqes təmsil edəcək.
İnterpress.az