İrma Qasırğası Zamanı Eşidilən Azan Səsi – VİDEObackend

İrma Qasırğası Zamanı Eşidilən Azan Səsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Haberler\”-com-a istinadən xəbər verir ki, ABŞ-ın Florida Ştatını vuran İrma Qasırğası zamanı eşidilən azan səsi, hamını təəccübləndirib. Qısa müddət ərzində azanın bölgədəki məscidi tərk etməyən imam tərəfindən oxunduğu ortaya çıxıb.

Qeyd edək ki, Əyalət miqyasında qasırğa səbəbi ilə 6,3 milyon insan bölgədən evakuasiya edilib. Qasırğanın təsiri ilə dəniz suları Florida sahillərini zəbt edib. Bir çox yaşayış məntəqəsi viran olub.

Digər tərəfdən, qasırğa fəlakəti zamanı həvəskar kameralar vasitəsilə qeydə alınan dəhşətli görüntülər sosial mediada sürətlə yayılıb. Qasırğa zamanı göy üzündə bir mələyi xatırladan və qanadlarını açaraq Florida üzərinə doğru irəliləyən siluet izləyənlərə qorxu dolu anlar yaşadıb.

Bu arada qasırğa zamanı Floridada əzən səsi eşidilib. Boşaldılmış bölgədə qasırğa səbəbi ilə sanki bir qiyamət baş verərkən eşidilən azan səsi, ilahi bir mesaj olaraq şərh olunub. Ancaq qısa müddət sonra azanın, xəbərdarlıqlara baxmayaraq vəzifə etdiyi məscidi tərk etməyən imam tərəfindən oxunduğu aydın olub.

İnterpress.az