Salamina Adası qaraya büründübackend

Salamina Adası qaraya büründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanda neft tankerinin batmasından sonra Salamina Adası sahilləri 1,5 kilometr boyu neft təbəqəsiylə örtülüb. Çox sayda mütəxəssis və könüllü, adada sahilləri təmizləmə işlərinə qoşulub. Şəxslər təmizləmə işlərinin aylar alacağını bildirir.

Neftin, bazar günü Aya Zoni II adlı tankerin batmasından qısa müddət sonra dənizə yayılmağa başladığı məlumatı verilib. Batan tanker 2 min 570 ton neft daşıyırdı. Dalğıc briqadalarının tankerdən daha çox neft sızmasını mane olmağı bacardıqları bildirilib. Neft bulaşmış 27 kubmetr suyun dənizdən yetirildiyi açıqlanıb.

Salamina Bələdiyyə Sədri İsidora Nannou, \”Bu bizim üçün böyük bir fəlakət\” deyərək, sahil zolağında neft qoxusu olduğunu və çox sayda insanın nəfəs alma çətinliyi çəkdiyini ifadə etdi.

Tankerin batma səbəbi hələ açıqlanmayıb. Tankerin kapitanı və maşinistinin diqqətsizliyi olub olmayacaq araşdırılacağı bildirildi.

İnterpress.az