Klintonun saçına 5 min dollar verən Shkreliyə həbs cəzasıbackend

Klintonun saçına 5 min dollar verən Shkreliyə həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ucuz satılan dərmanların patent alıb, baha qiymətlərə satmaqla məşhur olan Martin Shkreli, dünən həbs olundu. Qayda pozuntusuna görə günahlandırdığı davada 5 milyon dollar girovla sərbəst qalan Shrkeli, sosial mediada Hillari Klintonun saçının telini gətirənə 5 min dollar verəcəyini bildirdikdə, Hakim Kiyo Matsumoto sərbəst qalmaması lazım olduğuna qərar verdi.

Bruklindəki davada Shkrelinin vəkilləri zarafat etdiyini söyləsə də, məhkəmə bu çağırışı ciddiyə ala biləcəyinə dair qərar verib. Shkrelinin girovlu azadlığına son verilərək, həbsə göndərildi.

Haqqında 20 ilə qədər həbs cəzası istənən iş adamı, investisiya fondlarında saxtakarlıq etməklə günahlandırır. Məhkəmə, qərarını yanvar ayında verəcək. 32 yaşlı sahibkar, QİÇS-in xəstələrinin istifadə etdiyi \”Daraprim\” adlı dərmanın hüquqlarını satın alıb və bir gecədə qiymətini 5 faiz min artıraraq 13,50 dollardan 750 dollara çıxardı.

Qeyd edək ki, əfsanəvi rep qrupu Vu-Tang Clanın çıxardığı yalnız bir ədəd albomu 2015-də satın alan Shkreli, albomu uzun müddət kimsəyə dinləndirməyərək qrupun və fanatların qəzəbinə səbəb olmuşdu.

İnterpress.az