İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Avtomobil Təhlükəsizliyi Birliyi Sözçüsü Bisi Kazeem, ölkədə Lagos-İbadan avtomobil yolunda iki sərnişin avtobusunun toqquşduğunu bildirib.
Kazeem, mətbuata açıqlamasında, avtobuslarda ümumilikdə 40 nəfər olduğunu, 30 nəfərin öldüyünü, 10 nəfərin da yaralandığını qeyd edib.
Yaralıların ətraf xəstəxanalara götürüldüyünü deyən Kazeem, təhlükəsizlik güclərinin qəzayla bağlı istintaq başladığını bildirib.
İnterpress.az