Trotskini öldürən balta muzeydə sərgilənəcəkbackend

Trotskini öldürən balta muzeydə sərgilənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Meltonın 5 min parçalık kolleksiyasında, Rus inqilabçı Lev Trotskinin qətlə yetirildiyi buz baltası da var. Kolleksiyada yer alan digər bir maraqlı hissə isə İkinci Dünya Müharibəsi zamanı istifadə edilən və \”Yatmış Gözəl kimi tanınan 4 metr uzunluğundakı casus sualtı gəmidir.

Kolleksiyada kodlaşdırma və şifrələmə üçün istifadə edilən Enigma maşınlarıyla yanaşı bir çox maska, dinləmə cihazı, gizli radio və casus kamerası da var.

Muzey, Meltonın bütün kolleksiyanı bağışladığını açıqlayıb. Meltonın illər ərzində böyük bir diqqətlə topladığı əşyalar muzeydə gələn il açılacaq yeni bir hissəsində nümayiş etdiriləcək.

İnterpress.az