İngiltərə metrosundakı partlayışla bağlı bir nəfər nəzarətdəbackend

İngiltərə metrosundakı partlayışla bağlı bir nəfər nəzarətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, polisdən bildiriblər ki, istintaqa mühüm mərhələ qeyd edilərkən, nəzarətə alınan şəxsin 18 yaşında olduğu ifadə edilib. Xatırladaq ki, dünən London metrosuna buraxılan ağ bir qutu partlayıb, partlayış və sonra yaşanan izdiham səbəbiylə 29 nəfər yaralanıb.

London polisi hadisənin terror aktı olduğunu açıqlayıb və partlayıcının tamamilə partlamadığını, bu səbəbdən təsirinin aşağı olduğunu bildirmişdi.

İngiltərə Baş Naziri Theresa May, axşam saatlarında fövqəladə olaraq keçirilən milli təhlükəsizlik toplantısının ardından terror təhdidinin ən yüksək səviyyə olan kritik səviyyəsinə çəkildiyini açıqlamışdı.

İnterpress.az