İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə, həmçinin bu iş üzrə Misirin sabiq prezidentinin üç tərəfdarı barədə ölüm hökmünü təsdiqləyib. Bu cinayət işində Məhəmməd Mursi daxil olmaqla ümumilikdə 11 nəfərin adı keçib. Onlardan üçünü qiyabi mühakimə ediblər.
Qeyd edək ki, sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.
İnterpress.az