Corciya ştatında polis tələbəni güllələyibbackend

Corciya ştatında polis tələbəni güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”CNN\” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib.

Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.

İnterpress.az