İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Marsel şəhərində 4 Amerikalı turist turşu hücumuna məruz qalıb. Marseldə mərkəz qatar stansiyasında baş verən hadisədə şübhəlinin nəzarətə alındığı bildirildi.
İki qadının üzünə atılan turşu səbəbi ilə xəstəxanaya qaldırıldığı, digər iki turistin isə böyük bir şok yaşadıqları ifadə edilib. Turşu hücumuna məruz qalan qadınların 20-21 yaş arasında olduğu qeyd olunub. Hücumun terrorla əlaqəli bir hadisə olmadığını düşünüldüyü bildirilib.
Qeyd kimi 15 sentyabrda Lionun şəhərində bir təcavüzkar çəkiclə insanlara hücum edib. Hücum nəticəsində iki qadın yaralanıb. Fransız polisi hadisənin terror aktı olması ehtimalı üzərində dayanır.
İnterpress.az