İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu bəyanat Ağ Evin, sazişdə iştirak etməmək barədə qərarın qüvvədə qaldığını təsdiqlədikdən cəmi bir neçə saat sonra səslənib. Lakin Tillerson iddia edir ki, \”əgər onları qane edəcək düzgün şərtlər hazırlanarsa\” ABŞ sazişdən geri çəkilməyəcək.
İyun ayında ABŞ-ın Paris sazişindən geri çəkildiyini bəyan edən Trump bunu \”Amerikanın təntənəli qorunması öhdəlikləri\” çərçivəsində etdiyini bildirmişdi. Trump bu beynəlxalq sənədi Çin və Hindistan kimi ölkələrin xeyrinə olaraq ABŞ-ın iqtisadi maraqlarının pozulması kimi səciyyələndirib.
\”ABŞ Paris İqlim Sazişindən geri çəkiləcək. Biz yenidən Paris Sazişinə və ya tamamilə yeni sövdələşməyə daxil olmaq üçün danışıqlara yalnız ABŞ üçün düzgün olan şərtlər sayəsində başlaya bilərik \”, – deyə o bildirib.
Lakin bazar günü Amerikanın CBS telekanalına müsahibə verən Tillerson ABŞ-ın Paris Sazişindən geri çəkilməməsinin mümkünlüyünü də vurğulayıb.
Ölkənin Sazişdə qalmaq şansının necə olması barədə sualı Tillerson belə cavablandırıb:
\”Düşünürəm ki, lazımı şərtlər olarsa, biz digər ölkələrlə əməkdaşlığı davam etdirə bilərik. Artıq prezident belə şərtlərin axtarılmasına hazır olduğunu bildirib.\”
Yeri gəlmişkən, 2015-ci il Paris Sazişinin qəti əleyhinə olan bir çox Trump tərəfdarlarına, hətta yeni təkmilləşdirilmiş sövdələşməni satmaq çətin olacaq. Trump əleyhdarları isə iddia edirlər ki, sazişdən çıxmaq ABŞ-ın əsas qlobal meydanda rəhbərlikdən əl çəkməsi deməkdir.
İnterpress.az