Myanma, BMT-nin Arakana girişinə icazə vermirbackend

Myanma, BMT-nin Arakana girişinə icazə vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Sözçüsü Stephane Dujarric, beynəlxalq cəmiyyətdən aparılan bütün çağırışlara baxmayaraq, Myanma hökumətinin hələ də BMT və müvafiq yardım təşkilatlarının Arakana girişinə icazə vermədiyini deyib.

Dujarric, gündəlik mətbuat brifinqində verdiyi açıqlamada, Myanma hökumətinin, Arakana yardım nəqliyyat tələblərini rədd etməyi davam etdirdiyini bildirib.

BMT-nin əməliyyatların davam etdiyi bölgələrə daxil olmaması səbəbilə baş verənlərə dair xəbərləri təsdiq etməyəcəyini qeyd edən Dujarric, 25 avqustdan bu yana təxminən 415 min adamın Banqladeşə sığındığını ifadə etdi.

Təxminən 300 min insanın qida ehtiyacı olduğunu, 170 min adamın isə səhiyyə xidmətlərinə daxilolmanın olmadığına diqqəti çəkən Dujarric, 55 min hamilə qadının əlavə qidaya ehtiyacı olduğunun vurğuladı. Dujarric, qaçqınların yerləşdiyi bölgələrə yardımların artırılması üçün beynəlxalq cəmiyyətin daha çox dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

İnterpress.az