İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Bələdiyyəsindən edilən açıqlamada, qüllənin ətrafına güllə keçirməyən şüşə qoyulmasının yanaşı, qüllədə boyama və lift yeniləmə işləri aparılacağı bildirilib.
Bu işlərlə qüllənin daha təhlükəsiz olmasının məqsədi güddüyü bildirilən açıqlamada, quruculuq işlərinin böyük hissəsinin, səfərləri ləngitmədən, 2024 Olimpiya Oyunları ərəfəsində başa çatacağı qeyd edilib.
Hər il təxminən 7 milyon adamın ziyarət etdiyi qüllədəki yeniləmə işləri üçün 300 milyon avro xərclənəcəyi bildirilib.
Eyfel Qülləsi, iyul 2016-dan bəri 24 saat xidmət edən polislər və elektron müşahidə sistemi ilə nəzarət edilir.
Fransanın paytaxtı Parisdə 13 Noyabr 2015-də keçirilən və 130 nəfərin həyatını itirdiyi terror aktlarının ardından ölkə miqyasında elan edilən fövqəladə vəziyyət davam edir.
İnterpress.az