İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Başçılığına seçilən Donald Trumpın Milli Təhlükəsizlik Müşaviri namizədi olduğu dövrdə ABŞ-nin Rusiyaya \”prezident seçkilərinə müdaxilə etdiyi\” iddiasıyla cavab tədbirləri həyata keçirməyə hazırlaşdığı gün Vaşinqtonda Rus səfiriylə bir neçə dəfə telefon danışığı apardığı ortaya çıxan Maykl Flynnin araşdırması davam edir.
İstintaq çərçivəsində vəkil xərclərini ödəməkdə çətinlik çəkən təqaüdçü General-leytenant Maykl Flynn və ailəsi xərcləri ödəmək üçün hüquqi müdafiə fondu yaratdı.
29 dekabr günü baş verdiyi bildirilən görüş haqqında Trumpın sözçülərindən Sean Spicer isə Flynnin Kislyakla görüşündə iki ölkə arasında yaşanan problemlərin müzakirə olunmadığını söyləmiş, \”Görüş, Trump və Vladimir Putin arasında 20 yanvarda baş tutacaq telefon görüşməsinin koordinasiya ilə bağlıydı\” -ifadələrini işlətmişdi.
Flynn və Kislyakın telefonla danışdığı bildirilən gün, Obama rəhbərliyi, \”prezident seçkilərinə kiber hücum iddiaları\” çərçivəsində, Vaşinqton və San-Fransiskoda 35 Rus diplomatın 72 saat ərzində ölkəni tərk etməsini istəmişdi.
İnterpress.az