İnterpress.az xəbər verir ki, hərbçilərin bəyanatına əsasən \”Hurrəmşəhr\” raketinin sınağı uğurlu alınıb.
Raket ilk dəfə Tehranda 22 sentyabr tarixində keçirilən hərbi parad zamanı nümayiş etdirilib. Onun uçuş məsafəsi 2 min km-dir və bir neçə başlıq daşıya bilir. Raket sərhəd şəhərinin şərəfinə belə adlandırılıb. Bu şəhərdə İran-İraq müharibəsinin ilk savaşları baş tutub.
Bir müddət əvvəl İran prezidenti Həsən Ruhani bəyan etmişdi ki, İran hərbi potensialını inkişaf etdirəcək və heç bir ölkə bunun qarşısını ala bilməz.
İnterpress.az