ABŞ və Şimali Koreya liderləri arasında qarşılıqlı hədələr güclənirbackend

ABŞ və Şimali Koreya liderləri arasında qarşılıqlı hədələr güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya xarici işlər naziri Ri Yong-ho ABŞ prezidenti Donald Trump-ı \”intihara hazırlaşan birisi\” və \”mənəm-mənəmlik edən ruhi xəstə\” adlandırıb.
Buna cavab olaraq, ABŞ prezidenti deyib ki, Ri Yong-ho və Şimali Koreya lideri Kim Jong-un bu ruhda ritorikalarını davam etdirsələr, \”çox çəkməyəcəklər\”.

BMT Baş Assambleyasında şəhbə günü çıxış edən Ri Yong-ho öz şərhi ilə Trump-ın çərşənbə axşamı günü BMT Baş Assambleyasında söylədiklərinə cavab vermiş olub.
Çərşənbə axşamı günü BMT-də etdiyi çıxışında ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong-un-u \”intihar missiyasında olan raket adam\” adlandırmışdı.
Ri Yong-ho isə, bununla əlaqədar, bildirib ki, Trump-ın \”aradan qaldırılması mümkünsüz olan səhvə çevrilmiş\” \”təhqirləri\” Şimali Koreya raketlərinin ABŞ ərazisini vuracağını \”qaçılmaz edir\”.
Şimali Koreya xarici işlər naziri vurğulayıb kı, cənab Trump-ın çıxışı ona baha başa gələcək.
BMT Baş Assambleyasında etdiyi çıxışında Donald Trump demişdi ki, ABŞ özünü və ya müttəfiqlərini müdafiə etməyə vadar olunarsa, Şimali Koreya tamamilə məhv ediləcək.
Donald Trump-ın son şərhindən bir qədər əvvəl ABŞ hərbiyyəsinin bombardmançı təyyarələri Şimali Koreyanın şərq sahilinə yaxın ərazi üzərindən uçuş edib.
Pentagon bildirib ki, bu uçuşun məqsədi ABŞ-ın malik olduğu hərbi imkanları nümayiş etdirmək olub.
İki ölkə arasında gərginliyin kökü Pxenyanın nüvə proqramı ilə bağlıdır.
Bir həftə davam edən qarşılıqlı qəzəbli deyişmələrə baxmayaraq, ekspertlər, iki ölkə arasında birbaşa münaqişənin başlaması ehtimalını yüksək saymır.
Lakin sərtləşən qarşılıqlı ritorika ilə bağlı, tərəflərdən birinin digər tərəfin sözlərini düzgün anlamayacağı və bundan irəli gələn mümkün nəticələrlə əlaqədar narahatlıq var. (bbc)

İnterpress.az