Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı vəziyyət, eləcə də, Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.
İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi – bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həm də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
İnterpress.az