Yaşadıqları hərbi bazada bir parçalanmış meyit tapıldıqdan sonra 35 yaşlı Dmitri Bakşeyev və onun həyat yoldaşı Natalyanın həbs olunduğu bildirilir.
Polis onların evində aşkarlanan ərzaq və ətdə insan DNT-sı olub-olmadığını müəyyənləşdirmək üçün sınaqlar keçirir.
Bu ayın əvvəlində yol inşaatçıları tərəfindən tapılan mobil telefonda parçalanmış bədən hissələrini təsvir edən fotolar olub.
Rusiya mediasında dərc olunmuş bir şəkildə cənab Bakşeyevin ağzında parçalanmış cəsəd hissəsi görünüb.
35 yaşlı qadının meyiti sonradan cütlüyün yaşadığı hərbi akademiyada aşkarlanıb.
Parçalanmış bədən hissələri və bir çantada zərərçəkmişin əşyalarının tapıldığı bildirilib.
Cütlüyün evində tapılmış görüntülərdə və mobil telefonlardakı təsvirlər qətllərin təxminən 20 il əvvəldən başlandığına güman yaradıb.
Belə ki, tapılmış fotolardan biri 1999-cu il 28 dekabra aiddir və bu fotoda insan kəlləsinin meyvə ilə birgə boşqabda süfrəyə gətirildiyi görünüb.
Rusiyanın Daxili İşlər Nazirliyi təsvirlərdəki kişinin müəyyəndirilərək həbs olunduğunu təsdiqləyib.(bbc)
İnterpress.az