2017 ili Avropada seçki ili idi.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada Macronun qazandığı seçkilərlə başlayan seçki marafonu, Hollandiya ilə davam etdi. Hollandiyada Mark Rutte baş nazir kreslosunda oturmağa davam edərkən, İngiltərədə Theresa May rəhbərliyindəki Mühafizəkar Partiya kritik sayda mandat itirdi.
Son olaraq isə Almaniyada milyonlarla seçici sandıq başına getdi. Angela Merkel, baş nazirin qoltuğundakı dördüncü dövrünə daxil oldu, ancaq aldığı 33 səs faizi Xristian Demokratların 1949-dan bu yana aldığı ən aşağı səs olaraq qeydlərə keçdi.
Avropanın seçki ilinə dair hakimiyyəti qazanan partiyalardan daha çox ifrat sağ, irqçi partiyaların yüksəlişi diqqət çəkdi. Qaçqın əleyhinə siyasət ön plana çıxan irqçi partiyalar, Fransa və Hollandiyada da sandıqdan ikinci partiya olaraq çıxarkən, Almaniyada üçüncü partiya olaraq İkinci Dünya Müharibəsindən sonra ilk dəfə parlamentə daxil olma uğuru göstərdilər.
Fransadakı prezident seçkisində Le Penin liderlik etdiyi Milli Cəbhə 21.3 faiz səs olaraq, ikinci tura qalan partiya olarkən, Almaniya üçün Alternativ partiyası isə yeritdiyi köçkün əleyhinə siyasətlərə qarşılıq 12.6 faiz səs aldı və parlamentə üçüncü partiya olaraq girməyə haqq qazandı.
Brexit prosesilə yanaşı səslərini yüksəldən UKIP isə Britaniya seçkilərində ən az səs toplayan partiya oldu. Həddindən artıq sağçı UKIP, seçkilərdə yalnız 1.8 faiz səs aldı.
İnterpress.az