İranda “Telegram” messencerinin yaradıcısına qarşı cinayət işi başlayıbbackend

İranda “Telegram” messencerinin yaradıcısına qarşı cinayət işi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Tehran prokuroru Abbas Cəfəri bildirib ki, “Telegram” messencerinin İŞİD üzvləri arasında geniş istifadə olunması cinayət işinin başlanmasına səbəb olub. Bu sosial şəbəkədən cinayətlərin təşkili zamanı da geniş istifadə edildiyi qeyd olunur.

“Telegram” şəbəkəsi yalnız terrorçulara xidmətlər göstərir, o, həmçinin, narkotiklərin qaçaqmalçılığı və insan alverində də xidmətlər göstərir”, deyə baş prokuror bildirib.

Pavel Durov ona qarşı cinayət işinin başqa səbəblərdən başlandığını bildirib: “Biz, əksinə, İranda terrorçuları və pornoqrafik kontentləri fəal şəkildə bloklayırıq. Düşünürəm real səbəblər başqadır”.

İnterpress.az