İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya konstitusiyası aborta yalnız ananın həyatının təhlükədə olması halında icazə verir. Konstitusiya, abortu təcavüz, yaxın qohumu ilə evlənən kimi hallarda da qadağan edir.
Avropa Birliyi üzvü İrlandiyada abort maddəsi, ananın həyatının təhlükədə olduğu hallarda əməliyyata icazə verəcək şəkildə 2013-də dəyişdirilmişdi. Maddənin qaldırılmasına qarşı çıxanlar, uşağın həyatının da ana qədər dəyərli olduğunu müdafiə edir.
Mövcud qanunlara görə icazə verilən hallar xaricində abort etdirən qadın 14 ilə qədər həbs cəzası ala bilər. Bununla yanaşı, qanun, qadınlara abort etdirmək üçün yurd xaricinə getmək icazəsi də verir.
İnterpress.az