Bu barədə Ç.Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib.
O, bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
“Çingiz Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həbsini istəyir”.
R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı böhtan xarakterli fikirlərin səsləndirməsi olub.
Vəkil qeyd edib ki, məhkəmənin keçirilməsi vaxtı barədə jurnalistlərə əvvəlcədən məlumat veriləcək. ( modern.az )
İnterpress.az