Hakim Ənvər Seyidov xəstəxanaya yerləşdirildibackend

Hakim Ənvər Seyidov xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxandan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:

“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.

Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu. Ənvər Seyidovun fəaliyyətinə ictimaiyyətdə birmənalı münasibət olmadığından, onunla bağlı olay gündəmin diqqətçəkən hadisəsinə çevirilmiş, sosial şəbəkələrdə müzakirələr açılmışdı. Xəstəxanadan çıxdıqdan sonra Ə.Seyidov hökm oxumağa davam edirdi. ( modern.az )

İnterpress.az