DEAŞ təbliğatı apardığı səbəbilə toxunulmazlığı ləğv edildibackend

DEAŞ təbliğatı apardığı səbəbilə toxunulmazlığı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Milli Məclisdə 22 üzvdən ibarət olan Rəhbərlik Divanı, Twitter hesabında DEAŞIN qətlə yetirdiyi qurbanların şəkillərini yayımlayan Colardın mühakimə olunması məqsədilə toxunulmazlığının ləğv edildiyini açıqlayıb. 21 üzvünün razılıq verdiyi qərarda Boyun Əyməyən Fransa (FI) Deputatı Clementine Autainin qarşı istiqamətdə fikir bildirdiyi qeyd olunub.

Qvardiya bölgəsi deputat Collard, toxunulmazlığının ləğv edildiyini mətbuatdan öyrəndiyini qeyd edərək qərarı gülünc olaraq qiymətləndirib.
Fevral ayında Collardın toxunulmazlığının qaldırılması üçün müraciət edilmiş, ancaq müraciət, \”cinayətin kifayət qədər qabarıq olmadığı\” səbəbilə rədd edilmişdi. Haqqında terror təşkilatı təbliğatından istintaq açılan Collard, Milli Məclisin bu qərarıyla mühakimə olunacaq.

Fransız Məclisi, mart ayında da FN lideri Marina Le Penin toxunulmazlığının, eyni əsasla qaldırılmasına qərar vermişdi.

İnterpress.az