Qətərdən Ərbil qərarıbackend

Qətərdən Ərbil qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin idarə heyətinin sədri Əkbər əl-Bakir:- \”Qətər Hava Yolları, hava sahəsinin bağlanılması və ya uçuşlarda təhlükəsizlik problemlərinin meydana gəlməsi kimi maneələr olmadığı müddətcə Ərbildə istiqamətli səfərlərinə davam edəcək\”- dedi.

İraq Baş naziri Heydər əl-İbadi, dünən təşkil etdiyi mətbuat konfransında, İraq Kürd Regional Rəhbərliyinin (İKBY) əlində saxladığı sərhəd və hava limanlarının idarələrini 3 gün içində Bağdada təslim etməsini istəmişdi.

Ərbil rəhbərliyinin söz mövzusu tələbi rədd etməsi üzərinə İraq Mülki Aviasiya Təşkilatından bu səhər edilən yazılı şərhdə, xarici şirkətlərin Ərbil və Süleymaniyyə istiqamətli bütün uçuşlarını cümə günündən etibarən təxirə alması tələb edilmişdi.

İnterpress.az