Bağdadi sağdır – Terrorçulara müraciət etdibackend

Bağdadi sağdır – Terrorçulara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiya qüvvələrindən məlumat verilib. Bildirilib ki, İŞİD liderinin yaşamasını əks etdirən yeni səs yazısı yayılıb. Həmin səs yazısının yeni qeydə alındığı vurğulanıb. Onun terrorçulara müraciət etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya may ayının sonunda Suriyadakı hava hücumu nəticəsində Bağdadinin qətlə yetirildiyini açıqlamışdı. Şimali İraq Kürd Muxtariyyatının terrora qarşı mübarizə idarəsinin rəhbəri Lahur Talabani isə bildirmişdi ki, Bağdadi ölməyib və Rakkada yaşayır. Daha sonra ABŞ-ın müdafiə naziri Cim Mettis İŞİD liderinin ölmədiyini demişdi.

İnterpress.az