Bu vətəndaşların pensiya təminatına ayda 1,635 milyard avro vəsait xərclənir. Kataloniya vilayəti bu göstəriciyə görə İspaniyada liderdir. Bu vəsaiti İspaniya mərkəzi hökuməti ödəyir. Kataloniya həm də sosial təminat sistemində ən böyük kəsiri olan vilayətdir.
Kataloniya vilayəti hökumətinin müşaviri Dolores Bassa bildirib ki, Kataloniya müstəqil olarsa, “ölkənin” sosial təminat sistemi qurulanadək pensiya müavinətlərini İspaniya hökuməti ödəməli olacaq. İspaniyanın əmək naziri Fatima Banyes isə qeyd edib ki, Madrid ölkə iqtisadiyyatının ziyanına illik 22 milyardlıq büdcəni üzərinə götürərək, ayrılmaq qərarı vermiş pensiyaçılara pul ödəməyəcək. (Azərtac)
İnterpress.az