İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı İndoneziyalı Siti Aisyah ilə 28 yaşlı Vyetnamlı Doan Thi Huong, 13 fevralda Kim Jong Namın üzünə kimyəvi maddə püskürdərək ölümünə səbəb olmuşdu.
Cənubi Koreya və Amerika Birləşmiş Ştatları isə, baş verən bu cinayətin arxasında Şimali Koreya olduğunu iddia etmişdi. İki qadın Şimali Koreya agenti kimi təqdim olunmuşdu, bu qadınlarla yanaşı 4 nəfərin də işin içində iştirak etmləri bəyan edilmişdi.
Müqəssirlər, vəkillərinə etdikləri bəyanatda əllərindəki maddənin kimyəvi maddə olduğunu bilmədiklərini, bir televiziya proqramı üçün hazırlanmış bir zarafat olduğunu güman etdiklərini söylədi.
Malayziyada başlayacaq iddianın 30 noyabra qədər davam etməsi gözlənilir. Müttəhimlər təqsirli olmaları halında edam cəzası ilə qarşı-qarşıya qalacaqlar.
İstintaqı aparan prokuror Məhəmməd İsgəndər Əhməd, 30-40 qədər təcrübə şahidi və 10 mütəxəssisin işə cəlb olduğunu bildirib.


İnterpress.az