İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika futbolunun 1970-i illərdəki məşhur oyuncusu O.J. Simpson şərti olaraq azadlığa buraxılıb.
O.J. Simpsona, 2008-ci ildə Las Las-Veqasda yoldaşları ilə silahlı qarət etdiyi iddiasıyla 33 il hökm oxunmuşdu.
Simpson, 9 ilini doldurduqdan sonra şərti azad komissiyanın qarşısına çıxıb.
Komissiya, cəmiyyətə zərərli olmadığını, ailəsi və dostlarının arasına qayıtmaq istədiyini bildirən O.J.Simpson üçün şərti cəza qərarı verib. Simpson oktyabr ayında Nevadadakı həbsxanadan buraxılacaq.
ABŞ-ın ən məşhur Amerikan futbolu oyunçularından Simpson, 1994-ci ildə keçmiş həyat yoldaşı Nicole Braun Simpson və onun dostu Ron Goldmanı öldürmə günahlandırmasıyla həbs olunmuş, lakin cinayətləri törətdiyinə dair kifayət qədər dəlil olmadığı səbəbilə bəraət etmişdi.
Aktyor və idman verilişinin aparıcısı kimi də tanınan Simpson, 2007-ci ildə Las Las-Veqasda bir otelə silahlı basqın tənzimləmə və adam qaçırma cinayətlərindən 33 ilə məhkum edilmişdi.
İnterpress.az