İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Mulhouse şəhərinin Bourtzwiller rayonunda bir binanın zirzəmi qatında yanğın çıxıb. Hadisədə 4-ü Türk 5 nəfər həyatını itirib.
Həyatını itirənlərin 4-ü uşaq olaraq açıqlanarkən, 3-ü ağır 8 nəfərin də yaralandığı bildirildi.
Mulhouse Bələdiyyə Sədri Jan Rottner, \”Hadisəylə bağlı sarsıldıq. Kimlikləri təyin etmə işləri nəticəsində həyatını itirənlərin 4-nün uşaq olduğunu aşkar etdik\”. Şəklində bəyanat verib.
Yanğınsöndürmə təşkilatı yanğının, dörd mərtəbəli HLM (aşağı kirayə tutulmuş mənzil) binasının zirzəmi qatında başladığını açıqlayıb.
Yaralıların, şəhərdəki müxtəlif xəstəxanalara sövq edildiyi qeyd olunub.
Qeyd olunur ki, Mulhouseda 2014-də çıxan yanğında da eyni ailədən 3 nəfər həyatını itirmişdi.
İnterpress.az