İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Reks Tillerson, Kubanın Vaşinqtondakı səfirliyində xidmət edən 15 diplomatı ölkələrinə geri göndərəcəklərini açıqlayıb.
Nazir Tillersonın açıqlamasında \”3 oktyabrda, ABŞ Xarici İşlər Nazirliyi, Vaşinqtonda akkreditə olunmuş 15 diplomatın geri göndəriləcəyinə dair qəbul olunan qərar haqqında, Kuba hökumətini məlumatlandırıb\” – sözlərinə yer verilib.
Açıqlamada, bu qərarın, Kubada xidmət edən \”Amerikalı diplomatların təhlükəsizliyinin təmin olunmaması\” ilə alındığı bildirildi.
ABŞ-ın Kubada xidmət edən diplomatlarının sayını azaltmasına və bütün işçilərin ailələrinin ABŞ-a geri çağırdığına qeyd edilən açıqlamada, Kuba hökumətinin Amerikalı diplomatların təhlükəsizliyini təmin edənə qədər ABŞ-ın Havanada az sayda diplomat alacağı qeyd edilib.
Açıqlamda həmçinin, ABŞ-ın Kuba ilə diplomatik əlaqələrinin davam edəcəyi bildirilib.
ABŞ-ın Havana Səfirliyində xidmət edən 21 diplomatın və ailə üzvlərinin \”məlum olmayan\” səbəbdən eşitmə itkisinə uğradığını açıqlamışdı, bu gün edilən açıqlamada bu rəqəmin 22-ə qalxdığına yer verilib.
Diplomatlara qarşı təcavüzün necə olduğuna dair dəqiq bir şərh edilməyib, təcavüzün karlığa yol açan bir növ sonik cihaz ilə həyata keçirildiyi iddia edilir.
İnterpress.az