İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyə ilə İran arasında keçiriləcək 4-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Toplantısı üçün bu gün İranın paytaxtı Tehrana getdi.
Ərdoğan, İran İslam Respublikası Prezidenti Həsən Ruhani və İranın dini lideri Ayətullah Əli Xamneyi ilə görüşəcək. Ərdoğan və Ruhani iki ölkə arasındakı ticarət həcmini 30 milyard dollar hədəfinə çıxarmaq üçün atılacaq addımları müzakirə edəcək.
Görüşlərdə əsas müzakirə mövzuları Şimali İraq referendumu və Astana prosesi fonunda Suriyada keçid prosesi olacaq. Ərdoğan İraq və Suriyanın ərazi bütövlüyünün qorunması lazımi mesajı verib, məzhəbçilik təhlükəsinə diqqət çəkəcək.
Ərdoğan həlli üçün Türkiyə və İranın birgə çalışması lazım olduğuna vurğu edəcək. Astanada razılığa gəlinən əskiklik rayonlarında görüləcək işlər, xüsusilə İdlib bölgəsində qərarların həyata keçirilməsi və Suriyadakı siyasi keçid prosesilə bağlı iki lider fikir mübadiləsi aparacaq.
İnterpress.az