MDB Antiterror Mərkəzi: Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdirbackend

MDB Antiterror Mərkəzi: Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: \”İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasən MDB ölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant “cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir\”. (apa)

İnterpress.az