Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcəkbackend

Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.

Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.

İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək. ( report.az )

İnterpress.az